İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Tabiin (ərəb. اَلتَّابِعُونَ) — Məhəmməd peyğəmbəri görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə peyğəmbərdən hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar. Tabiin sözünün hərfi mənası səhabələrə tabe olanlar, ardıcıllar anlamındadır. Hədis rəvayətçilərinin ikinci nəslini tabiinlər təşkil edir. Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər).